“Yəni PKK-nın terror fəaliyyətlərini həyata keçirdiyi torpaqlar hesab edilir”
Türkiyədə baş verən zəlzələdən sonra evsiz qalan vətəndaşlar üçün bölgəyə göndərilən bəzi yardım maşınları talançılar tərəfindən saxlanılıb.
Qeyd edək ki qarət cəhdi olan yük maşınının sürücüsü həmin anları lentə alaraq bütün Türkiyəyə çatdırıb. Görüntülər ortaya çıxdıqdan sonra talançılar dərhal təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Məsələni "Sherg.az"a dəyərləndirən "Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər söyləyib ki, təbii fəlakət zonalarında hər zaman yardıma qaçanlar ilə yanaşı, hadisədən istifadə edən qruplara da rast gəlinir:
"Zəlzələnin miqyası olduqca böyük ərazini əhatə edir. Həmin ərazi isə PKK-nın nüfuz etmək istədiyi bölgədir. Yəni PKK-nın terror fəaliyyətlərini həyata keçirdiyi torpaqlar hesab edilir. Digər tərəfdən nəzərə alsaq ki, Suriyadan gələn qaçqınlardan sonra ərazinin demoqrafik vəziyyətində dəyişikliklər var. Gələnlərin hamısı sadə insanlar deyil. Onların arasında oğrular və quldarlar da var. Ümumiyyətlə, hadisənin miqyası böyük olduğu üçün, baş verənlər daha qabarıq şəkildə görünür. Digər tərəfdən əhali gərgin və əsəbidir. Onlar "yağmacıları" hüquq -mühafizə orqanlarına təslim etmək yerinə, özləri cəza verir. Baş verən hadisələrdə qeyri-adilik yoxdur. Çünki bütün dünyanın diqqəti bu bölgədədir. Ona görə də ən xırda məsələ belə “çılpaqlığı” ilə gün üzünə çıxır".