“Çağırışdan yarım saat sonra insan axını başladı”
"Bu gün mənə olunan hücumlar, məmur özbaşınalıqlarını işıqlandırdığım üçündür".
Bunu "Sherg.az"a açıqlamasında bloqer Elçin Lənbəranski deyib.
O bildirib ki, gözü götürməyən şəxslər ona qarşı kampaniya aparır:
"Mənim 6 illik bloqerlik fəaliyyətim var. Ölkə başçısının siyasətini dəstəkləyən və dövlətçiliyə xidmət edən bir adam olmuşam. Bu səbəblə də haradasa məmur özbaşınalığı görürəmsə, işıqlandırıram . Bu cür insanları işinə görə ifşa etdikdə isə onun bütün "kruqu" mənə nifrət edir. Mən düşmənlərimi bu cürə qazanmışam. Ona görə də öndə olanda mənə qarşı kampaniyalar başlayır. Amma bu, məni öz yolumdan döndərə bilməz".
Bloqerin sözlərinə görə, onun çağırış videolarına Tik-tok da 1 milyondan çox izlənmə gəlib:
"Yardım aksiyası başlanan gün səhər tezdən evdən çıxdım və Türkiyə səfirliyinə müraciət videosu çəkdim. Aradan yarım saat keçdikdən sonra bir qardaş məni yığıb dedi ki, artıq “Doğtaş” mebel salonunun qarşısında yardım yığılmağa başlanıb. Demirəm ki, Türkiyə səfirliyi mənim sözümlə kampaniyaya start verdi. Mən isə dərhal məlumatı təsdiqləmək üçün canlı yayında sözügedən ünvana yollandım. Ora çatdıqda isə gördüm ki, cəmi 5-6 nəfər adam dayanıb. Yardımın rəsmi olduğunu öyrəndikdən sonra insanlara çağırış etdim. Çağırışdan yarım saat sonra insan axını başladı. Düzdür, təşkilatçılar Türkiyə Səfirliyi və Heydər Əliyev Fondu idi. Ancaq məşhurlardan ilk yardım təbliğatını aparan mən olmuşam. Bu gün isə mənə qarşı qarayaxma kampaniyası aparılır. Mən sadəcə olaraq rəsmi məlumatları insanlara çatdırmışam. Önu da deyim özbaşıma heç bir addım atmamışam".
Qeyd edək ki, Sosial mediada tanınmış blogger Elçin Lənbəranskinin döyülməsi ilə bağlı iddialar dolaşır.