Yol kənarındakı evlərin qiyməti düşəcək: EV ALARKƏN DİQQƏTLİ OLUN


Avtomobillərin yaratdığı səs-küylü yolların yaxınlığında yaşayan insanların qan təzyiqi daha yüksək olur.

Leicester Universitetinin tədqiqatçıları səs-küylü yol hərəkəti ilə hipertoniya riskinin artması arasında əlaqə tapıblar.

Yeni tədqiqat gələcək ekoloji siyasətə təsir edə bilər.

Tədqiqatçılar hipertansiyonu olmayan 40-69 yaş arası 240 mindən çox insanın məlumatlarını təhlil ediblər.

Məlum olub ki, yol hərəkətinin səs-küyünə yaxın yaşayan insanlarda hipertoniyaya daha çox rast gəlinir. Səs-küyün yaxınlıq-uzaqlıq, çox və ya az olması da mühüm hesab edilir.

Leicester Ətraf Mühitin Sağlamlığı və Davamlılıq Mərkəzinin 8 illik izləməsinə əsaslanan araşdırma Böyük Britaniyada uzunmüddətli trafik səs-küyünün hipertoniyaya təsirini birbaşa araşdıran ilk araşdırma hesab edilir.
Saglamolun.Az