May ayında əfv sərəncamının imzalanması gözlənilir. Bu, "Heydər Əliyev ili" çərçivəsində görüləcək tədbirlər siyahısındadır.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib ki, indiyədək imzalanan əfv sərəncamlarından fərqli olaraq bu dəfə daha çox məhkumun adı siyahıya düşəcək.
Prezident İlham Əliyev 2022-ci ilin mayın 27-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalamışdı.