Tramp Baydeni yamsıladı - VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dünən qatıldığı tədbirdə gələn il keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizəd olacağını açıqlayan 80 yaşlı ABŞ prezidenti Co Baydeni ələ salıb.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl yaşının çox olduğu üçün Co Baydeni “qoca” adlandıran Tramp bu dəfə prezidentinin unutqanlığını və etdiyi kobud səhvləri gündəmə gətirib.
Qeyd edək ki, Nyu-Hempşirdə keçirilən mitinqdə ayaqlarını  sürüyüb çıxış yolunu tapmağa çalışırmış kimi davranan Tramp, "Hara gedirəm? Hansı cəhənnəmə gedirəm? Çölə çıxmaq istəyirəm. Buramı, yoxsa oramı" deyərək Baydenin çətinə düşdüyü anları yamsılayıb. 
Mənbə: Hürriyət qazeti