İspaniyanın Rusiyadakı səfirliyi erməni dilində tvit dərc edib.
"Sherg.az" xəbər verir ki, tvitdə yazılır:
"İspaniya Aİ-nin xarici siyasət üzrə Ali Komissarı Cozep Borelin Laçının "blokadası" ilə bağlı humanitar vəziyyət barədə bəyanatını dəstəkləyir. Azərbaycan hakimiyyəti çox sürətlə dəhlizdə təhlükəsizliyi və sərbəst hərəkəti təmin etməli və böhranın genişlənməsinin qarşısını almalıdır".
Qeyd edək ki, dünən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin bölgədə vəziyyət barədə bəyanatını şərh edib. A.Hacızadə, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurduğunu vurğulayıb.