İsveç Quranın yandırılması üçün edilən yeni icazə müraciətlərin müsəlman dünyası ilə əlaqələrinə xələl gətirəcəyindən narahatdır.
"Sherg.az" xəbər verir ki, İsveç baş naziri Ulf Kristersson Quran yandırma hərəkətləri ilə bağlı ilk dəfə ictimaiyyətə açıqlamalar verib.
İsveç televiziyası TT-yə müsahibəsində o, yeni dalğa etirazlarından son dərəcə narahat olduğunu bildirib:
“Bu qərarları mən yox, polis verir. Bizə icazə versələr, ciddi insidentlərlə üzləşəcəyimiz günlərlə qarşılaşacağıq".
Kristersson həmçinin bildirib ki, hökumət terrorizm və zorakı ekstremizmlə mübarizə aparmaq üçün təhlükəsizlik orqanlarında yeni işçi qrupu yaradıb.
Xarici işlər naziri Tobias Billström Milli Təhlükəsizlik Departamentinin rəsmiləri ilə birlikdə parlament komitəsində Quran yandırma aksiyalarının ölkənin xarici əlaqələrə təsiri barədə məlumat verib.
Müxalifətdəki Sosial Demokrat Partiyasının tələbi ilə keçirilən toplantıdan sonra açıqlama verən Billstörm deyib: "Vəziyyət ciddidir, lakin müsəlman dünyasında anti-İsveç əhval-ruhiyyəsini sakitləşdirmək üçün tez həll yolu yoxdur.
Bizim birinci və əsas vəzifəmiz İsveçin maraqlarını və isveçlilərin təhlükəsizliyini həm burada, həm də xaricdə qorumaqdır".
Mənbə: Haber7