ABŞ administrasiyasının yüksək rütbəli rəsmiləri bu gün Ermənistana gələcək.
Bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.
Məlumatda gələn şəxslərin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim və USAID-in ( ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauer olduğu bildirilib.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a vurğulayıb ki, Cənubi Qafqazda iki münaqişə zonası var idi:
"Bunlardan biri Qarabağ bölgəsi, digəri isə Ermənistan olub. Hər ikisində baş verən proseslər göstərir ki, Qərb və Rusiya cəbhəni genişləndirmək istəyir. Həmçinin Qərb tərəfi Rusiyanın burada qüvvələrini parçalamaq niyyətindədir.
Qarabağ məsələsində bu, alınmadı. Ermənistanda artıq qeyri-rəsmi məlumatlar var ki, Nikol Paşinyanın qorunmasını amerikalılar həyata keçirir. Əks halda İrəvanda da onu rahat şəkildə öldürə bilərlər. Şübhəsiz ki, Yuri kim və Samanto Pauerin səfərində əsas məqsəd Nikol Paşinyana dəstək verməkdir. Digər tərəfdən həmin şəxslərin Ermənistana getməsinin səbəbi yeni tezislərin gətirilməsindən ibarətdir. Bu tezislər isə ilk növbədə Ermənistanda Qərbin və Amerika Birləşmiş Ştatlarının hərbi bazasının tikintisi olmalıdır. Çünki bu məsələ üzərindən işlər gedir. Həmçinin onun müqabilində Rusiyanın ikinci hərbi bazasını qeyri-leqal elan etməkdir. Buna görə də bu, kifayət qədər təhlükəli ssenaridir".