Türkiyənin xarici işlər naziri Hakan Fidanın bayraq həssaslığı gündəmə gəlib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, ötən şənbə günü ABŞ-ın Nyu York şəhərində keçirilən MİKTA Xarici İşlər Nazirləri Toplantısında çəkilmiş ailə fotosundan sonra nazir Fidan yerdəki türk bayrağını götürərək mühafizəçisinə verib.
Fidanın bu addımı digər nazirlərin də diqqətini çəkib və sosial şəbəkədə bəyənilib.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən G20 Liderlər Zirvə toplantısında ailə şəklinin çəkildiyi platformada Türkiyə bayrağını yerdən götürərək pencəyinin cibinə qoymuşdu.