Deputatlar təklif verməyi xoşlayır, anaq qanun layihəsi formasında həyata keçirmirlər
Azərbaycanda qaz limitinin ləğv olunması təklif olunub.
Bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.
"Kifayət qədər qazımız var və buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm", - deyə deputat bildirib :
Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov Sherg.az-a bildirib ki, Azərbaycanda deputatlar təklif verməyi xoşlayır : Ancaq qanun layihəsi formasında həyata keçirmirlər. Mənim fikrimcə, vətəndaşların mənzillərindəki limitləri götürülməli, müəsisələrə, hüquqi şəxslərdə isə limit olduğu kimi saxlanılmalıdır. Bir sözlə, bu istiqamətdə bölünmə aparılmalıdır. Belə hallda vətəndaşlara yük düşməz. Baxmayaraq ki, "Socar" az qazanacaq, amma əhalinin sosial vəziyyətinə müsbət təsir göstərəcək. Bu sahədə Azərbaycanın milli neft şirkəti- "Socar" layihələrə daha az pul xərcləsə, bu təklifi reallaşdırmaq mümkündür".