Türkiyə səhiyyə naziri Fahrettin Koca Qəzzadan daha 61 xəstənin Türkiyəyə gətiriləcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Səhiyyə naziri Fahrettin Koca, sosial media hesabında etdiyi paylaşımda, “61 xəstə və daha 49 yoldaş bu axşam Qəzzadan Misirə köçürüldü. Gecəni El-Arişdəki xəstəxanada keçirəcək xəstələrin səhər saatlarında təyyarə ilə Ankaraya gətirilməsi planlaşdırılır. Qəzzadan gələn hər bir xəstənin müalicəsi bizim qardaşlarımız və insanlığın yaralı vicdanı qarşısında borcumuzdur” deyə qeyd edib.