26 yaşlı azərbaycanlı iş adamının qatilinin və sifarişçisinin məhkəməsi başladı
16:52 10.12.2019
Aktual
555
Rusiyada biznesmen həmyerlisini öldürmək üçün killer tutmaqda ittiham olunan 38 yaşlı İntiqam Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat verib. Məlumata görə, təqsirləndirilən İ.Hüseynzadə həmyerlisi Ruslan Hüseynovu aradan götürmək üçün Belarus sakini 48 yaşlı Ruslan Tarasova bu işin müqabilində 15 min dollar verəcəyini vəd edib. Ümumi razılaşmadan sonra İ.Hüseynzadə R.Tarasova 45 min rubl dəyərində avtomobil alıb, ona odlu silah verib və fəaliyyətini telefonla izləyib. R.Tarasov iş adamına odlu silahdan atəş açmaqla onu qətlə yetirib. Təqsirləndirilən R.Tarasov törətdiyi cinayəti etiraf edib, İ.Hüseynzadə isə elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
Xatırladaq ki, 26 yaşlı biznesmen Ruslan Hüseynovun meyiti bu il yanvarın 31-də Arxangelsk regionunun Karqopolsk rayonunda, istehsalat bazasının yaxınlığında aşkar olunub. Killer ona beş dəfə atəş açıb, güllələrdən biri biznesmenin başından dəyib.
KİV-lərinin məlumatına görə, qətl sifarişli xarakter daşıyır və meşə materialları sahəsində nüfuz bölgüsünə görə baş verə bilər. Bildirilir ki, R.Hüseynov meşə materiallarının tədarükü ilə məşğul olub. Hüseynovu öldürməkdə şübhəli bilinən killeri Voronejdə kirayə qaldığı mənzildə yaxalayıblar. Polis şöbəsində o, törətdiyi cinayəti etiraf edib. Mərhum R.Hüseynovun cənazəsi Azərbaycana gətirilib və doğulduğu Ağdaş rayonunun Şordəhnə kəndində torpağa tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı