Bakı həmişə müstəmləkəçilik, neoimperializm siyasətinə qarşı çıxıb, yenə çıxacaq
Fransa imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Belə ərazilərdən biri də Martinikdir. Yerli əhali qondarma referendumun nəticələrinin xalqın tam suverenliyini ifadə etmədiyini vurğulayırlar.
Fransanın Martinikdə keçirdiyi özünəməxsus referendumlar beynəlxalq müşahidəçilər tərəfindən suverenlik hüququnun tam təmin edilməsi baxımından yetərsiz hesab olunur. Yerli əhali referendumun qeyri-obyektiv keçirildiyini və Fransanın təsirinin xalqın həqiqi iradəsini əks etdirmədiyini qeyd edirlər. Martinikdə keçirilən referendumlar beynəlxalq hüquqa görə xalqın öz müqəddəratını tam təyin etmək hüququnu əks etdirmir. Fransanın referendumları xalqın iradəsini əks etdirdiyini bildirsə də, Martinik xalqı bu prosesi yetərsiz, qeyri-şəffaf və siyasi manipulyasiyaya açıq hesab edirlər. Zəhərli olmasına rəğmən Fransa tərəfindən Martinikdə kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə Martinikin torpaqları uzun illərdi zəhərlənib. Martinikdə xərçəng göstəriciləri dünyasa ən yüksəkdir.
Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Azərbaycan dövləti son illər ərzində, xüsusən də Qoşulmama Hərəkatında sədrliyi dövründə müstəmləkəçilik, neoimperializm siyasətinə qarşı çıxıb:
“Digər tərəfdən də onun bütün çalarlarını və yeni işartılarını inkar edir. Ona görə də təsadüfi deyil ki, biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik və bu prosesi diqqət mərkəzində saxladıq. Daha sonra Azərbaycanın siyasi elitasının iştirakı ilə Bakı təşəbbüs qrupu yaradıldı. Haqqı pozulmuş xalqların nümayəndələri Azərbaycana səfərlər etdilər. Burada biz konfranslar keçirdik və təhlükəsizlik məsələlərinə diqqət yetirdik. Fransanın neo müstəmləkəçi siyasətinin bütün paxırlarını, fəsadlarını açıq aşkar bildirdik. Təsadüfi deyil ki, Fransa Okeaniya bölgəsində həmişə nüvə sınaqları keçirir, ekoloji sistemləri orada dağıdır və hətta özünün zərərli texnologiyalarının tullantılarını belə okeanın o tərəfinə aparır. Guya Fransa onlara sivilizasiya gətirirlər və o xalqları müasirləşdirirlər, onlara mədən dəyərlər aşılayırlar. Amma əslində onları həm istismar edirlər, həm onların faydalı qazıntılarından istifadə edirlər. Əlbəttə, bu, yerli insanların da səhhətində də təzahürlərini tapır. Matinik adasının özündə də, digər adalarda da xüsusilə yeni nəsillərin nümayəndələri onkoloji xəstəliklərdən əziyyət çəkirlər. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi uğurla başa çatdı. Bakı artıq dünya çapında çox xeyirxah bir təşəbbüsün məkanı kimi məşhurluq qazandı. BMT nin Baş Assambleyası və Təhlükəsizlik Şurası səviyyəsində Bakı Təşəbbüs Qrupunun biz fəaliyyətinin də izlərini görürük. İndi növbəti Baş Assambleya öz işinə sentyabr ayının sonunda başlayacaq. Bakı təşəbbüs qrupu da öz imkanlarından istifadə edəcək ki, bir daha dünya birliyini nəzərinə problemli vəziyyətləri çatdırsın. Fransada, Amerika Birləşmiş Ştatlarının neoimperialist siyasəti məlumat qıtlığı yaradır ki, insanların dərdləri, onların yaşadığı əziyyətlər heç kəsə bəlli olmasın. Bakı Təşəbbüs Qrupu artıq Nyu Yorkda yer almış bir təsisat kimi, istibdad üzündən əziyyət çəkən xalqların səslərini dünya birliyinə çatdırır. Bu həqiqətən də çox vacib bir məsələdir. Media subyektlərinin çoxluğundan asılı olmayaraq rəsmi Paris, rəsmi Vaşinqton, rəsmi Brüsseldə çalışırlar ki, insanların, xalqların, toplumların səsini boğsunlar. Fransa Azərbaycan dövlətinə soyuq müharibə elan etdi. Azərbaycan sağlam ruhlu insanları, xalqları, toplumların nümayəndələrini bir araya gətirir ki, problemli vəziyyətləri həll edək. Qarşıdan gələn BMT nin Baş Assambleyasında da Bakı Təşəbbüs Qrupu öz prinsipial mövqeyini bildirəcək, səsini ucaldacaq. Beləliklə toplumların da artıq fəryadı dünya birliyinə çatacaq”.