Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Abidənin açılışından sonra sosial mediada paylaşılan fotoları isə müzakirələrə səbəb olub. Paylaşımlarda hazırlanmış abidədə Aşıq Ələsgərin obrazının daha balacaboy təəssüratı yaradıldığı, eyni zamanda onun sazı tutma tərzi tənqid olunub.
Mövzu ilə bağlı "Sherg.az"a münasibət bildirən Aşıq Ələsgərin nəticəsi, müğənni Talıb Tale söyləyib ki, cənab prezidentin bu təşəbbüsünü yüksək dəyərləndirir:
''Fəxr edirəm ki, Bakıda da Aşıq Ələsgərin heykəli qoyuldu. Heykəllə bağlı, müzakirələrə gəldikdə isə ümumiyyətlə, Aşıq Ələsgərin gününümüzə gəlib çatmış heç bir şəkili yoxdur. Hər kəs heykəllə bağlı öz fikir və iradlarını bildirir. Təbii ki, hamısına hörmətlə yanaşmaq lazımdır".