
Qondarma “erməni soyqırımı”: Ermənistan hakimiyyəti reallıqla hesablaşmalı olduğunu anlayır
12:18 04.11.2024
Tarix
1506
Ermənistan hökumətinin başçısı bu gün “erməni soyqırımı”ndan danışmamağı seçir, sabah birdəfəlik imtina etdiyini açıqlayacaq. Bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunur. Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq soyqırımı məsələsinin dəstəklənməməli olduğunu deyib, sadəcə aydınlaşdırılması üçün türk və erməni tarixçilərin birlikdə araşdırma aparması üçün çağırış edib. Məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində Ermənistan qalib mövqeyində olduğu üçün bu məsələni istədiyi şəkildə diktə edirdi. O zamankı erməni hökuməti də “soyqırım”ın tanıdılmasını dəstəkləyib. Sonrakı prezident Serj Sərkisyan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üçün “futbol diplomatiyası”ndan istifadə edib. Lakin bu cəhd uğurlu olmayıb. Nəşr “erməni soyqırımı” məsələsinin xaricdəki böyük erməni diasporunu aktiv saxlamaq üçün zəruri adlandırır.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Ermənistanın bu mövqeyə gəlməsini alqışlamaq lazımdır:

“İllər öncə qardaş Türkiyədə prezident Abdullah Gülün rəhbərliyi altında təşəbbüs irəli sürüldü ki, Ermənistan, Türkiyə və neytral tərəflərin tarixçiləri sözügedən məsələni araşdırsın və ona uyğun şəkildə hər iki tərəf razılaşsın. Eyni zamanda rəsmi Ankara təklif etdi ki, Türkiyə və Ermənistan arxivlərini neytral tərəf üçün açsın. Amma həmin vaxt Ermənistan hakimiyyəti buna müsbət cavab vermədi. Demək ki, ermənilər başa düşür ki, arxivlər açılsa, yalandan uydurduqları milyon yarım erməninin soyqrıma uğradılması əfsanəsi havaya uçacaq. İndi isə Nikol Paşinyan hakimiyyəti başa düşür ki, hasar qurtarıb və dalana dirəniblər. Ermənistanın dövlət olaraq mövcudluğu üçün tək çıxış yolu Azərbaycan və Türkiyə ilə anlaşmaqdır. Eyni zamanda prespektivdə Cənubi azərbaycanlıların azadlığa qovuşması var. Ermənistan Respubilikası üç tərəfdən də türk dövləti ilə əhatə olunur. Belə bir halda gəmidə oturub, gəmiçi ilə dava edə bilməyəcəklərini anlayırlar. Ona görə də Nikol Paşinyan höküməti belə çağırışlar edərək cəmiyyətə başa salır ki, türklərlə anlaşmaqdan başqa yolumuz yoxdur. Azərbaycan və Türkiyə həmişə Ermənistana bildirib ki, tarix gerçəklər üzərində yazılmalıdır. Ermənistan hakimiyyəti də reallıqla hesablaşmaq məcburiyyətində olduqlarını anlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya