3 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi
13:36 21.12.2019
Aktual
424
Dekabrın 18-də saat 18:00 radələrində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu ərazisində Gəncə şəhər sakini Tural Nəbizadənin idarə etdiyi “Hyunday” markalı 06-AC-183 dövlət nömrə nişanlı avtomobilin Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi Lancer” markalı 43-BC-806 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər - 1975-ci il təvəllüdlü Cəlal Rüstəmov və 1967-ci il təvəllüdlü İlqar Namazovun vəfat etmələri faktına görə Yevlax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin T.Nəbizadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya