
"Yerkrapa" sərhədə yeni terrorçular göndərib -RƏY
Yusif Nəzərli
05:34 09.05.2025
Aktual
526
Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır
“Paşinyan hökumətinin büdcədən bu təşkilata maliyyə ayırması "Yerkrapa"nın İrəvan hökumətinin nəzarətində qalması və daxili siyasi məsələlərdə onun imkanlarından yararlanmaq məqsədi güdür”
Ermənistan tərəfi şərti sərhədlərdə aktivlik nümayiş etdirir. Xüsusən son günlər terrorçu "Yerkrapa" təşkilatının adı daha sıx gündəmə gəlməkdədir. Məlum olduğu kimi "Yerkrapa" terror təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədindəki döyüş mövqelərinə yeni terrorçular göndərib. Silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular da olub. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir. Belə terrorçuların mövqelərə yerləşdirilməsi açıq təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir”.
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanda olan istənilən siyasi hakimiyyət məhz "Yerkrapa" terror təşkilatı ilə münasibətləri normal saxlamağa çalışır. Ekspert vurğulayıb ki, Ermənistanda hakimiyyətlər bu terror təşkilatından öz siyasi məqsədləri üçün istifadə edirlər:

"Bu təşkilat Birinci Qarabağ müharibəsi dövründə, o zamankı müdafiə naziri Vazgen Sarkisyan tərəfindən yaradılıb. Ondan sonra bu təşkilat Ermənistanda faktiki olaraq hərbi-siyasi təşkilata çevrilib. 1990-cı illərin sonlarında Ermənistanın siyasi-ictimai həyatında olduqca ciddi təsir imkanlarına malik olub. Sonrakı dönəmdə, Sarkisyanın öldürülməsindən sonra bu təşkilatın rolu müəyyən qədər zəifləyib. Lakin bütün hallarda Ermənistan hakimiyyətinə yaxın generallar və hərbçilər tərəfindən idarə olunan bu təşkilat daha çox döyüş əməliyyatında, eyni zamanda daxili siyasi məsələlərin həllində istifadə olunub. 2018-ci ildə hakimiyyətə gələn N.Paşinyanın o zamanadək sözügedən təşkilatla münasibətləri kifayət qədər neqativ idi. Paşinyan hakimiyyətinin ilk dönəmində bu təşkilatı zəiflətməyə, neytrallaşdırmağa çalışırdı. Sonrakı dönəmdə məhz Paşinyanın silahdaşına çevrilən Sasun Mikailyanın bu təşkilatın başına gətirilməsi ilə vəziyyət dəyişdi".
Analitik qeyd edib ki, bu gün Paşinyan hökumətinin faktiki olaraq büdcədən bu təşkilata maliyyə ayırması "Yerkrapa"nın İrəvan hökumətinin nəzarətində qalması və daxili siyasi məsələlərdə onun imkanlarından yararlanmaq məqsədi güdür:
"Təbii ki, müəyyən qədər bu təşkilatdan orduya yardım, dəstək üçün də istifadə olunur. "Yerkrapa"dan şərti sərhədlər yaxınlığında istifadə olunması göstərir ki, Ermənistan ordusunda şəxsi heyətin komplektləşdirilməsində problemlər yaşanır. Məhz bu səbəbdən şərti sərhədlərdə terror təşkilatının üzvlərinin dayandığını müşahidə edirik. Keçən ilin fevral ayında Zəngilan istiqamətində baş verən təxribatdan sonra məhv edilən 4 erməni hərbçisinin terror təşkilatının üzvü olduqları üzə çıxdı. Bu təşkilatda daha çox yaşlı insanların toplaşdığının da şahidi oluruq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya