31 saylı Suraxanı ikinci seçki dairəsi nəzarətə götürülüb

Mərkəzi Seçki Komissiyası 31 saylı Suraxanı ikinci seçki dairəsini ciddi nəzarətdə saxlayacaq.

APA-nın məlumatina görə, bunu MSK sədri Məzahir Mənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir:

“Baş Prokrorluqda bu məsələ ilə bağlı qərar qəbul edildikdən sonra MSK məsələyə yenidən baxacaq. Prokurorluğun qərarından asılı olaraq, MSK müvafiq qərar qəbul edəcək”.