Politoloq: ABŞ, Rusiya və İran arasında dəhliz savaşı gedir
Yusif Nəzərli
04:00 18.07.2025
Aktual
385
İlham İsmayıl: “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil”
Ermənistan və Azərbaycan arasındakı dəhlizin idarə olunması üzrə ABŞ tərəfindən rəsmi İrəvana təklif daxil olub. Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib. Baş nazir deyib ki, hazırda təklifi müzakirə edirlər. Paşinyan təklifin maraqlı səsləndiyini söyləsə də, hələlik razılaşma olmadığını bildirib: "Çox vaxt beynəlxalq tərəfdaşlarımız dəhliz deyəndə, biz bir az diksinirik. Onlar da təəccüblənirlər ki, biz nə dedik ki? Halbuki, bütün dünya hər yerdə dəhliz axtarır və s. İndi hər dəfə dəhliz deyəndə, problem yaranır, bəs onlar hansı dəhlizi nəzərdə tuturlar, bu dəhlizi, yoxsa o birini? Məsələn, Ermənistanın Şimal-Cənub yolu necə adlanır, bilirsinizmi? Ermənistanın rəsmi sənədlərində bu yol "Şimal-Cənub nəqliyyat dəhlizi" adlandırılır". Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan da qeyd edib ki, bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan isə deyib ki, Ermənistan yalnız öz yurisdiksiyası altında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını müzakirə edir: "Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir. Ölkə qanunvericiliyinə görə, Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. ABŞ səfirinin dediyi variant mümkün deyil". Qeyd edək ki, ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib ki, Vaşinqton tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub: "Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək".
Politoloq İlham İsmayıl Sherg.az-a deyib ki, Zəngəzur dəhlizində yoxlamalar, yəni giriş-çıxışa nəzarət yerli ölkə ilə birlikdə həyata keçirilir. Ekspert vurğulayıb ki, nəzərə almaq lazımdır ki, orada gömrük fəaliyyət göstərəcək və təkcə Azərbaycanın malları daşınmayacaq:
"Dəhliz vasitəsilə Çindən, Mərkəzi Asiyadan Türkiyəyə, eləcə də əks istiqamətə mallar daşınacaq. Azərbaycanla bağlı yumşaldıcı şərtlər olacaq. Bu, aydın məsələdir. Bu gün Türkiyə-İran sərhədində rus və erməni sərhədçilər birlikdə fəaliyyət göstərir. Dəhlizin təhlükəsizliyinin təminatı tamamilə onlar tərəfindən həyata keçiriləcək. Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarət də müəyyən dərəcədə hərbiləşdirilmiş olacaq. Çünki təhlükəsizliyin təminatı hərbiləşdirilmə olmadan mümkün deyil. Təbii ki, bu təhlükəsizliyi Avropa İttifaqının missiyasının binokl müşahidəsi formasında həyata keçirmək olmaz. Çünki hazırda bu məsələdən ən çox narazı olan ölkələr Rusiya və İrandır. Bu ölkələr mütləq təxribat törətməyə çalışacaqlar. Məhz bu təxribatların qarşısını almaq üçün təhlükəsizliyin təmin olunması vacibdir. Çox güman ki, Ermənistan ikinci bir ölkə ilə şərikli dəhlizin təhlükəsizliyini təmin edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya
Milyarder sifətli robotlar satışa çıxarılan kimi qalmadı
13:26 08.12.2025
Texnologiya
İstanbulda sarı kodlu yağış başladı, 24 saat davam edəcək
13:22 08.12.2025
Ekologiya
Bu həftə ulduzlar hər bürc üçün fərqli enerji təqdim edəcək
13:20 08.12.2025
Maraqlı
Yeni media layihəsi - Biznes Türk TV yaradıldı
13:14 08.12.2025
Media
Ceyhun Bayramov Əraqçi ilə görüşüb - YENİLƏNİB
13:06 08.12.2025
Siyasət
Umerov: Günlərdir ABŞ ilə sülh planı üzərində intensiv işləyirik
12:59 08.12.2025
Dünya
Sabah yağış yağacaq
12:53 08.12.2025
Ekologiya
"Qarabağ"ın oyununu bu hakim idarə edəcək
12:40 08.12.2025
Futbol
Bu ixtisasa qəbul balı qaldırılacaq - Nazirdən AÇIQLAMA
12:34 08.12.2025
Elm və Təhsil
İsrail Prezidenti: Nyu-Yorkun yeni meri yəhudiləri sevmir
12:27 08.12.2025
Ekologiya
Bayramov Əraqçi ilə görüşüb
12:10 08.12.2025
Siyasət
Sumqayıtda 2 min abonent qazsız qalacaq
11:57 08.12.2025
Sosial
Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərləndi
11:48 08.12.2025
Hadisə