
“Siz böyük lidersiz”: ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur -ŞƏRH
13:13 26.08.2025
Cəmiyyət
509
ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirirəm.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında paylaşım edib.
“Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm”, - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, Trampın Prezident İlham Əliyevə göndərdiyi fotoların üzərində belə yazılıb: "Ilham, You are Great Leader" ("İlham, Siz böyük lidersiniz").
Milli Məclisin deputatı Naqif Həmzəyev Sherg.az-a söyləyib ki, Prezident İlham Əliyevin ABŞ-a son səfərindən sonra Vaşinqton-Bakı münasibətlərində yeni bir mərhələ başlanıb:

"Xüsusilə uzun illər davam edən Ermənistan-Azərbaycan münasibətlərində müsbət dəyişiklərə doğru atılan addımlarda Vaşinqton görüşündə əldə edilən razılıq, sülh üçün böyük uğur hesab edilməlidir. Bu, sülhə bir addım daha yaxınlaşdığımızı göstərir. Ermənistan öhdəliklərini yerinə yetirsə, sülhün reallaşması mümkündür. Bütün bu proseslərdə Donald Trampın aktiv rolu sevindirici haldır. Burada əldə edilmiş razılıq yalnız Ermənistan Baş naziri Nikol Paşinyanla bağlı deyil. Gələcəkdə siyasətə gələcək hər bir şəxs bu razılığa əməl etməlidir. ABŞ burada qarantiya rolunu oynayır. Xüsusilə də Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı 907-ci düzəlişin ləğv edilməsi uzun illər gözlənilən bir məsələ idi. Bayden hökuməti bu düzəlişi yenidən aktivləşdirmişdi. Lakin Donald Trump onu ləğv edərək ABŞ-Azərbaycan münasibətlərinin inkişafına dəstək göstərdi. Bu addım Azərbaycanın ABŞ texnologiyalarına çıxışına şərait yaradacaq və investisiya imkanlarını artıracaq. Prezident İlham Əliyevin görüş zamanı çəkilmiş şəkli, üzərinə Donald Tramp tərəfindən yazılmış “Siz böyük lidersiz” sözləri və imzası ilə göndərilməsi münasibətlərin artan xətt üzrə inkişaf etdiyini göstərir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevə olan hörmət və rəğbət, onun son dövrlərdə əldə etdiyi uğurlar Azərbaycanın nüfuzunu xeyli artırıb:
"ABŞ Prezidenti tərəfindən söylənilən bu xoş söz hər bir Azərbaycan vətəndaşı üçün sevindiricidir. Zəngəzur dəhlizinin açılması ilə regionda bütün kommunikasiyalar aktiv olacaq. Həmçinin Azərbaycan tərəfindən başlanan nəqliyyat xətlərinin qurulması yekunlaşacaq. Bu nəqliyyat şəbəkəsindən yalnız Azərbaycan, Ermənistan və Türkiyə deyil, bütün region dövlətləri aktiv şəkildə istifadə edəcək. Üstəlik, ABŞ-ın dəstəyi ilə regionun iqtisadi inkişafına töhfə verəcək. Hazırda ABŞ-Azərbaycan münasibətlərinin durumu müsbət qiymətləndirilir. İnancımız odur ki, bu münasibətlər bütün sahələr üzrə inkişaf edəcək. O cür təməllər qoyulmalıdır ki, hətta növbəti dövrlərdə ABŞ-dakı yeni prezidentlər də Azərbaycanla münasibətlərinin davamında maraqlı olsun və Azərbaycana qarşı qərarlar vermək fikrinə düşməsinlər. Hazırda hər iki dövlət və siyasi rəhbərlik öhdəliklərini yerinə yetirir. Gələcəkdə ABŞ-Azərbaycan münasibətləri müsbət xətt üzrə inkişaf edə biləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm