45 gün əvvəl maşın vuran qadın xəstəxanada ölüb

Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb.

Ötən il noyabrın 20-də paytaxtın Nizami rayon sakini, 1969-cu il təvəllüdlü Məmmədova Ruqiyyə İmran qızı yolu keçmək istədiyi zaman minik avtomobili onu vurub.

APA xəbər verir ki,  o vaxtdan daxili orqanların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın bu gün orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.