500 kq naringi məhv edildi - Tərkibində zərərverici olub
14:47 02.12.2019
Aktual
570
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin, o cümlədən bitki mühafizəsinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən verilən məlumata görə, AQTA tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC tərəfindən Türkiyə Respublikasından ölkə ərazisinə idxal edilən naringi məhsuluna baxış keçirilib. Baxış zamanı məhsulun zərərli orqanizmlərlə sirayətləndiyi müşahidə edilib və zərərli orqanizmlərin təyin olunması məqsədi ilə nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələri nəticəsində naringi məhsulundan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub. Bildiririk ki, Sitrus unlu yastıcası respublika üçün xarici karantin hesab edilir.
Xarici karantin hesab edilən zərərli orqanizmin – Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.
Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.
Məlumat üçün bildiririk ki, sözügedən zərərli orqanizm məhsulun keyfiyyətini və görnüşünü aşağı salmaqla yanaşı respublika ərazisində yayıldığı təqdirdə məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamamilə məhv olmasına səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm