500 mindən çox insan Suriyadakı “təhlükəsizlik zonalarına” könüllü qayıdıb – Ərdoğan
19:03 28.10.2022
Aktual
422
Türkiyə 530 minə yaxın insanın könüllü olaraq Suriyada “təhlükəsizlik zonalarına” qayıtmasını təmin edib.
Trend xəbər verir ki, bunu cümə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Suriyada qurduğumuz təhlükəsizlik zonalarına təxminən 530 min insanın könüllü qayıtmasını təmin etdik", - deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə transsərhəd əməliyyatlar vasitəsilə terror dəhlizini məhv edib.
"Fərat Qalxanı", "Zeytun budağı", "Sülh çeşməsi", "Bahar qalxanı" və "Pəncə-Kilid” əməliyyatları ilə cənub sərhədimizdə terror dəhlizi yaratmaq cəhdlərinin qarşısını aldıq", - deyə Türkiyə Prezidenti bildirib.
Prezident R.T.Ərdoğan Türkiyənin energetika sahəsindəki uğurlarına da toxunub.
Onun sözlərinə görə, Türkiyə Qara dənizdə ümumilikdə 540 milyard kubmetr təbii qaz ehtiyatları kəşf edib.
"Ümid edirəm ki, tezliklə xalqımıza energetika ilə bağlı yeni xoş xəbərləri çatdıracağıq", - deyə R.T.Ərdoğan əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm