7 azərbaycanlı ölüm şəhərindən qurtulacağı anı gözləyir

Uçuşa icazə verildiyi anda təyyarə 49 nəfəri koronovirus dəhşətindən qurtaracaq


7 azərbaycanlı Çinin Vuhan şəhərindən - koronovirus dəhşətindən qurtulacağı anı gözləyir. Türkiyənin NTV telekanalında yayımlanan xəbərdə bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus ambulans - təyyarə hazırda Vuhan aeroportundadır.

Uçuşa icazə verildiyi anda təyyarə 49 nəfəri ölüm şəhərindən çıxaracaq. Onlardan 34-ü Türkiyə vətəndaşı, 7-si azərbaycanlı, 7-si gürcü və 1-i isə arnavutdur.  Təyyarə ekipajına 6 səhiyyə işçisi də daxildr. Təyyarədə xüsusi laboratoriya var. Sərnişinlərə bioloji silah əleyhinə xüsusi geyimlər veriləcək, eynək də taxacaqlar. Təyyarə Türkiyəyə endikdə sərnişinlər xüsusi olaraq onlar üçün nəzərdə tutulmuş xəstəxanaya aparılacaq və 14 gün müddətində müşahidə altında saxlanacaqlar. Türkiyə Hava Yolları isə fevralın 9-dək Çinə reysləri təxirə salıb. Çində koronovirusdan ölənlərin sayı 213-dür. 10 min yoluxma faktı qeydə alınıb. Koronovirus ABŞ da dxil 24 ölkəyə yayılıb.