AB İrəvanı Rusiyadan ayırmaq planına başladı

Avropa Birliyi Ermənistana gələn il 150 milyon avro yardım ayıracaq.

Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində deyib. O, hazırda bununla bağlı danışıqların getdiyini bildirib.

Qriqoryan AB-nin ayıracağı yardımın möhtəşəm addım olacağını və ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcəyini deyib.