ABŞ Azərbaycandan xahiş etdi – Nazirlər Kabineti “HƏ” dedi
11:25 25.12.2019
Aktual
365
Nazirlər Kabineti Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasına səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin Siyahısı” təsdiqlənməsi ilə bağlı qərarını şərh edib.
Oxu.Az-ın məlumatına görə, hazırda Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği 350 ABŞ dolları məbləğindədir.
Ümumilikdə, Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin müəyyən olunması zamanı qarşılılıq prinsipinin nəzərə alınması vacib hesab olunur.
“Belə ki, ABŞ tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik girişvizalarının rəsmiləşdirilməsinə görə - turist, tələbə və mübadilə vizaları üçün 160 ABŞ dolları, habelə əmək, şirkətlərarası transfer və din xadimləri vizaları üçün 190 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.
Həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyi qarşılılıq prinsipinə uyğun olaraq Azərbaycan tərəfindən ABŞ vətəndaşlarına daha uzunmüddətli vizaların rəsmiləşdirilməsini və çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə tutulan dövlət rüsumunun azaldılmasını xahiş edib”, - deyə Nazirlər Kabinetinin şərhində qeyd olunub.
Koreya tərəfi Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizaların rəsmiləşdirilməsinə görə 150 ABŞ dolları məbləğində dövlət rüsumu tutur.
Nazirlər Kabineti izah verib ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycana səfər etmək istəyən ABŞ və Koreya Respublikası vətəndaşları üçün çoxdəfəlik vizaların rəsmiləşdirilməsinə görə dövlət rüsumunun azaldılması məqsədəuyğun hesab olunur.
Proqnozlaşdırmaq mümkündür ki, bu layihənin qəbul edilməsi nəticəsində Azərbaycanın ABŞ və Koreya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və sosial əməkdaşlıq əlaqələrinin inkişafına, ikitərəfli ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq.
“O cümlədən ölkəmizə xarici investisiya qoyuluşu prosesinə müsbət təsir göstərə və həmin ölkələrdən Azərbaycan Respublikasına müxtəlif məqsədlərlə səfər edən şəxslərin sayının artmasına səbəb ola bilər”.
Qərarla ABŞ və Koreya Respublikasının vətəndaşlarına çoxdəfəlik giriş vizaları üçün rüsumun məbləği iki dəfədən çox azaldılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm