ABŞ-dan ağır zərbə: 4 tank məhv edildi, ölənlər var

ABŞ Hizbullahın Suriyanın Deyr əz-Zor vilayətindəki obyektlərinə zərbə endirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, zərbə yanvarın 10-da endirilib.

Zərbə nəticəsində Hizbullaha məxsus 4 tank məhv edilib. Hizbullahın itkilərinin sayının nə qədər olduğu açıqlanmayıb.