
ABŞ-nin rolu zəyifləyir: Kiyev və Moskva arasında yaxında sülhün imzalanacağına inanmaq çətindir
12:51 03.04.2025
Aktual
585
Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar, bunun üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır. Bu barədə ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox Business” telekanalının efirində bildirib.
Kelloq hesab edir ki, indi Ukrayna və Rusiyanın müharibənin dayandırılması ilə bağlı tələblərini açıq şəkildə ifadə edəcək müqavilə şərtlərini formalaşdırmaq lazımdır. Xüsusi nümayəndənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə əlaqə saxlamağa davam edir.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, son vaxtlar Ukrayna savaşının dayandırılması prosesi ətrafında qəliz situasiyanın yarandığı qətiyyən şübhə doğurmur:

“Ağ Ev rəsmiləri nə qədər ümidverici və pozitiv məzmunda bəyanatlar verməyə həvəsli görünsələr də, əsil reallıq o qədər də müsbət xarakter daşımır. Çünki son vaxtlar danışıqlar prosesinin məzmunu ciddi şəkildə dəyişib. Rusiyanın əlavə şərtləri gündəmə gətirilməkdədir. Rusiya Ukraynada hakimiyyətin legitimliyini şübhə altına alır və Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunmasını təklif edir. Kremldə hesab edirlər ki, Ukrayna-Rusiya arasında imzalanacaq sülh sazişi məhz BMT tərəfindən razılaşdırılmalıdır. Bu isə Amerika Birləşmiş Ştarlarının maraqlarına olduqca sarsıdıcı zərbə vurmaq deməkdir".
Analitik qeyd edib ki, Kreml situasiyanın ABŞ-nin nəzarətindən çıxma ehtimalını ciddiyə alaraq Amerikanı sülh danışıqlarından kənarda qoymağa çalışır:
"Hesab edirəm ki, yaxın vaxtlarda ABŞ-Rusiya münasibətləri də gərginləşə bilər. Tramp administrasiyası indiki mövqeyindən geri çəkilərək Rusiyaya təzyiq metodlarını yenidən işə salar. Xüsusilə də, Amerikanın Ukrayna ilə təbii sərvətlərə nəzarətlə bağlı sazişi imzalamaq niyyətinə Rusiyanın ciddi şəkildə əngəl törətmək cəhdləri Ağ Evdə narazılıq doğurur. Hətta ABŞ prezidenti Donald Tramp Rusiyanı sülh prosesindən yayınacağı təqdirdə onu ciddi problemlərin gözləyəcəyini söyləyib. Həmin sənəd imzalanarsa, Ukrayna ABŞ-nin müstəmləkəsinə çevriləcək. Eyni zamanda Ukraynaya ABŞ tam şəkildə iqtisadi, siyasi və hərbi cəhətdən nəzarət etmək hüququ qazanacaq. Belə olan halda Ukrayna Rusiya üçün tamamilə əlçatmaz məkana çevriləcək. Heç şübhəsiz ki, Kremlin planları içərisində Ukraynanı nə vaxtsa Rusiyanın tərkibinə qatmaq da var. Rusiya həmin planların pozulma ehtimalını nəzərə alaraq ABŞ və Ukrayna arasında sözügedən sazişin imzalanmasını əngəlləməyə səy göstərir. Ona görə də Rusiyanın irəli sürdüyü şərtlər halında və Ukraynanın ABŞ-dən təhlükəsizlik təminat istədiyi şəraitdə yaxın vaxtlarda Kiyev və Moskva arasında sülhün imzalanacağına inanmaq çətindir. Əgər sülh sənədi imzalansa belə, onun uzun müddət qüvvədə qalacağı da inandırıcı deyil. Çünki istənilən halda tərəflərdən hansısa birinin həmin sənədi pozma ehtimalı kifayət qədər yüksəkdir və onun icrasına nəzarət edəcək beynəlxalq mexanizlər də yoxdur. Belə olan halda sülh anlaşması olsa da, formal xarakter daşıyacaq. Amerikanın rolu da sözügedən prosesdə getdikcə zəifləyir. Tramp administrasiyasının yürütdüyü siyasət Amerikanı beynəlxalq məkanda təkbaşına buraxmağa başlayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm