ABŞ və Fransanın murazı gözündə qalacaq
Yusif Nəzərli
08:45 06.04.2022
Aktual
577
Xankəndi də daxil bütün ərazilərimizdə sülhün qarantı Azərbaycan dövləti və ordusudur
"Bir sıra dövlətlər Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdırlar"
“Amerika Dövlət Departamenti və bir sıra konqresmenin verdikləri açıqlamaları qəbuledilməz sayırıq”. Bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Komitə rəhbəri bildirib ki, torpaqlarımızda ikinci ölkənin silahlı qüvvələrinin yolverilməzliyi dəfələrlə bəyan edilib. Deputat bəyan edib ki, Xankəndi də daxil bütün ərazilərdə sülhün qarantı Azərbaycan dövləti və ordusudur:
“Ona görə də Xocalıya, Əsgərana, yaxud Kəlbəcərə yaxın ərazilərdə yeni Ohanyan səddi, yaxud təmas xətti düzəltmək mümkün deyil. Beləliklə, son hadisələr, iki il əvvəlki savaşın davamı sayıla bilməz, çünki prezidentin “müharibə bitib” bəyanatı qüvvədədir və belə lokal gərginliklər “sülh müqaviləsi”nin imzalanmamasının birbaşa nəticəsidir! Əməliyyatın İrəvan tərəfindən “ermənilərin regiondan tam etnik təmizlənməsi” planı adlandırılması həqiqəti əks etdirmir. Çünki Ordumuz mülki ermənilərlə savaşmır, digər tərəfdən erməni silahlı qüvvələrinin Qarabağdakı qalıqları nə ordu sayıla bilər, nə də yeni ərazi işğalları həyata keçirməyə qadir olan qüvvə. Azərbaycan ərazisində yalnız bir ordu var! Ona görə də sülh arzulayan erməni Qarabağda dinc yaşamaq istəyirsə, silahını öz millətçi-faşist qüvvələrinə qarşı çevirsin! Ölkəmizi Rusiya sülhməramlı qüvvələrlə toqquşdurmağa və belə planın arxasında gizlənməyə çalışanlar açıq görünür. Lakin Azərbaycan dövləti sülhyaradıcı qüvvələrə dəqiq məsuliyyət zonası və hüquqi çərçivə yaratdığından imzaladığı prinsiplərə sadiqdir”.
Z.Oruc vurğulayıb ki, geniş auditoriyası olan xarici media orqanlarında Rusiya-Ukrayna savaşı ilə Qarabağdakı hadisələr arasında paralellər aparılması 44 günlük müharibədən sonra regiondan çıxarılmış qüvvələrin daha çox işinə yarayır:
“90-cı illərdən fərqli olaraq, xalqımız belə senariləri görür və 44 günlük savaşın nəticəsində kənarda qalan dövlətlərin bu yolla bölgəyə qayıtmasına qətiyyətlə qarşıdır. Dünya tarixində ən böyük absurd, Minsk qrupunun varlığı və onun üzvlərinin son hadisəyə eyni mövqedən verdiyi qiymətdir. Necə ola bilər ki, yüzdən artıq dövləti Moskva əleyhinə birləşdirməyi bacaran və bütün iqtisadi, siyasi, hərbi təşkilatlardan Rusiyanı çıxaran Amerika və Fransa dövlətləri Fərrux kəndi kimi dünya siyasəti üçün çox kiçik hadisədə vahid cəbhədən çıxış edirlər. Yəqin, Qarabağa aid olmayan Minsk qrupu Amerika və Rusiyanın tək ittifaqı kimi dünya tarixində əbədi qalacaq!”.
Komitə rəhbərinin sözlərinə görə, hazırkı Ukraynada savaşın köklərini SSRİ-nin dağılması zamanı Qarabağdan başlayan hadisələrə düzgün qiymət verilməməsi təşkil edir:
“Təəssüf ki, 44 günlük müharibədən sonra ərazi bütövlüyünü təmin etmiş Azərbaycana eyni yanaşmanı tətbiq edirlər. Bir sıra dövlətlər Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdırlar. Biz dünyaya deyirik, Ukraynaya göstərdiyiniz total dəstəyi ölkəmizə münasibətdə də təkrarlamağınızı gözləmirik. Lakin heç olmasa, qarşımızda durmayın. Bu, hüquqa və ədalət prinsiplərinə dair bəyanatlarınızı kağız parçasına çevirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya