Ağacların əkildiyi ərazilər nəzarətdə saxlanılacaq
16:27 06.12.2019
Aktual
418
Bu gün əkilən 650 min ağacın mühafizəsi, bitiş faizinin yüksək olması və aqrotexniki qulluq göstərilməsi üçün müntəzəm olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura tərəfindən monitorinqlər keçiriləcək. Monitorinqlərin nəticələri barədə ictimaiyyət vaxtaşırı məlumatlandırılacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova dekabrın 6-da keçirilən mətbuat konfransında məlumat verib.
"Ağac əkilmiş ərazilərə müntəzəm olaraq ictimai nəzarət olunmalıdır. Biz də bu təşəbbüsə dəstək olmağa və ictimai nəzarəti həyata keçirməyə hazırıq. Ağac əkilmiş sahələrdə yüksək bitiş faizinin əldə olunması, qulluq göstərilməsi və mühafizəsi məqsədilə 650 min ağacın əkildiyi və nazirlik tərəfindən xəritəsi hazırlanmış ərazilər xəritəyə uyğun olaraq nəzarətdə saxlanılacaq", - deyə M.Şükürova qeyd edib.
M.Şükürova əkilən 650 min ağacın 10 ildən sonra atmosferdəki karbon emissiyasını 45 min 500 ton azaldacağını diqqətə çatdırıb. Bildirib ki, bu da qlobal iqlim dəyişikliyinə verilən töhfə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya