AİB “Orta Dəhliz”in mühüm həlqəsi olan Dəmiryol Dəhlizinə təhlükəsizlik dəstəyi verir
Yusif Nəzərli
06:40 13.02.2024
Aktual
566
Hazırda Avropa İnvestisiya Bankı (AİB) “Orta Dəhliz”in mühüm həlqəsi olan Bakı - Böyük Kəsik Dəmiryol Dəhlizi boyunca dəmiryolu ilə avtomobil nəqliyyatının kəsişməsində təhlükəsizliyin təkmilləşdirilməsi üçün məsləhətlərlə bağlı öz dəstəyini verir.
Bu barədə Avropa İnvestisiya Bankından “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəstək "Azərbaycan Dəmir Yolları" QSC-yə təhlil, müdaxilələrin prioritetləşdirilməsi və dizayn tədqiqatlarının əhatə dairəsinin müəyyən edilməsində kömək edəcək: “AİB bu dəstəyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Şərq Tərəfdaşlığı ölkələrinə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün pulsuz məsləhət dəstəyi və texniki yardım təklif edən “JASPERS” tərəfindən idarə edilən Şərq Tərəfdaşlığı İnvestisiya Mexanizmi (EPIC) çərçivəsində təmin edir”.
Qeyd olunub ki, hazırkı mərhələdə Avropa İnvestisiya Bankının Azərbaycanla bağlı təsdiqlənmiş hansısa investisiya layihəsi yoxdur.
“Avropa İnvestisiya Bankı üçün həm Avropa İttifaqı, həm də bunun xaricində olan dövlətlərdə nəqliyyat sektorunda kreditləşmə prioritet məsələdir. AİB qrupunun İqlim Bankı Yol Xəritəsi ilə müəyyən edilən məhdudiyyətlərə uyğun olaraq bu gün əsas hədəflərdən biri dayanıqsız nəqliyyat sistemlərini gələcəyin dayanıqlı nəqliyyat sistemlərinə çevirən layihələri dəstəkləməkdir. Avropa ittifaqından kənardakı əməliyyatlar üzrə məsul olan AİB Qlobal Azərbaycanda da fəaliyyət göstərir. AİB Qlobal Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq prioritetlərinə uyğun layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır”, - deyə vurğulanıb.
AİB xüsusi ilə Avropa İttifaqının “Global Gateway” təşəbbüsləri, Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planının həyata keçirilməsinə diqqət yetirib: “Yəni, Azərbaycanda bizim maliyyələşdirməmizdən faydalanacaq, Aİ-nin siyasəti və müxtəlif standartlarına cavab verən layihələr olarsa, biz onların maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya