Ailənin vəfat edən üç üzvünə bildiriş gəldi: Biri 14 il əvvəl ölüb - FOTO
08:37 03.02.2020
Aktual
492
28 saylı Sabunçu üçüncü seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində vəfat etmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib.
Bu barədə Qafqazinfo-ya vəfat etmiş şəxslərin yaxınları məlumat veriblər.
Bildirişə əsasən, həmin şəxslər Nizami, 9 ünvanında yerləşən 4 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər.
Söhbət Dairə Seçki Komissiyası tərəfindən seçici kimi təqdim edilən Rəfiqə Vəliyeva, Xədicə Vəliyeva və Həsənağa Vəliyevdən gedir. Amma adıçəkilən şəxslər - R.Vəliyeva 2006-cı ilin dekabrın 20-də, X.Vəliyeva 2018-ci ilin sentyabrın 3-də, Həsənağa Vəliyev isə 2019-cu ilin iyun ayında vəfat edib.
Ailəni təəccübləndirən əsas məsələ bir ünvana vəfat etmiş üç şəxslə bağlı bildirişlərin göndərilməsi ilə yanaşı, onlardan birinin hələ 14 il əvvəl vəfat etmələridir. Belə ki, həmin şəxsin ölümündən sonra ölkədə iki dəfə vətəndaşların siyahıyaalınma prosesi baş tutub.
Qeyd edək ki, seçicilərlə bağlı bildirişlərin hazırlanması və ünvanlara çatdırılması birbaşa Dairə Seçki Komissiyasının səlahiyyətindədir.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir neçə gün əvvəl sorğu göndərilsə də, komissiya sorğunu cavablandırmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat