Akademik-katib: “AMEA-da müəyyən kadr ixtisarları olub"

"Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif yönümlü islahatların aparılması nəzərdə tutulur".

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, bura struktur islahatları da aid ola bilər: "Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb".