Amerikalı müşahidəçi: "Azərbaycanda seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər"

"Azərbaycanda keçirilən parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Los-Anceles şəhərindən olan müşahidəçi Mitç Silberman deyib.

Müşahidəçi bildirib ki, Azərbaycanın modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur: “Biz vətəndaşların öz ölkələrinin işıqlı gələcəyinə səs vermələrini müşahidə etməkdən məmnunuq”.