
Analitik: Ermənistan Kremlə xəyanət edərək Qərbə doğru can atır
12:32 08.08.2024
Aktual
621
ABŞ-nin Ermənistanın Rusiyadan üz döndərdiyi barədə bəyanatları əsassızdır. İki ölkə arasında əsrlərdir formalaşan əlaqələr Qərbin bütün sınaqlarına tab gətirə biləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib ki, rəsmi Vaşinqtonun bu addımlarının reallıqla əlaqəsi yoxdur: “O'Brayen deyir ki, Ermənistan Rusiyadan üz döndərmək istəyir. Bu fikirlər ABŞ tərəfinə xas olan geosiyasi manevrlərdən biridir. Əsas məqsəd dünya ictimaiyyətində Vaşinqtona xas olan “reallıq” barədə təsəvvür yaratmaqdır. ABŞ-nin ölkəmizlə Ermənistan arasındakı əlaqələri məruz qoyduğu sınaqlar uğursuzluqla nəticələnir. Tarix boyunca Ermənistana göstərdiyimiz qardaş dəstəyi bundan sonra da davam edəcək”.
Zaxarovanın fikirlərinə münasibət bildirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Nikol Paşinyan hakimiyyəti bütün mümkün vasitələrdən istifadə edərək Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşma siyasi kursunu yürüdür:

“Bu istiqamətdə Ermənistan tərəfindən kifayət qədər ciddi addımlar atılıb. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində fəaliyyətini dondurub. Hətta həmin təşkilatın maliyyələşmə prosesindən uzaqlaşıb. Eyni zamanda rəsmi İrəvan Rusiyanın rəhbərliyi altında olan qurumların zirvə toplantılarında iştirak etməkdən yayınır. Görünür odur ki, Paşinyan hakimiyyəti Ermənistan adından Rusiyanı tamamilə baykot etməklə məşğuldur. Ermənistan Rusiyaya arxa çevirib və Kremlə xəyanət edərək Qərbə doğru can atır. Amma Kreml hazırda Ermənistanla radikal vasitələrlə danışmaq niyyətindən uzaqdır. Çünki Moskvada çox gözəl anlayırlar ki, yaxın illərdə Ermənistanın Rusiyadan qopmaq şansı yoxdur. Çünki Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın nəzarətindədir. Eyni zamanda hərbi təhlükəsizlik məsələləri də Rusiyaya bağlıdır. Ümumiyyətlə Rusiya Ermənistan üçün erməni dövlətçiliyini qoruyan yeganə ölkə statusundadır. Yəni Paşinyan hakimiyyəti nə qədər Rusiyaya xəyanət etsə də, Ermənistan tamamilə Rusiyadan asılıdır. Ona görə də Kreml sözügedən reallıqları bilir və istənilən vaxt bir neçə radikal addımla Ermənistanı çökdürə, hətta geosiyasi xəritədən silə bilər”.
Analitiq qeyd edib ki, Rusiya hələlik belə radikal addımları atmağa tələsmir:
“Eyni zamanda Paşinyan hakimiyyətinin xəyanətkarlığına mümkün qədər tolerant yanaşmağa çalışır. Bunun əsas səbəblərindən biri 2026-cı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsidir. Moskva siyasi dairələri isə ümid edirlər ki, seçkilərdə Paşinyan hakimiyyəti məğlub olacaq və onun yerinə gələcək hökumət Ermənistanı yenidən Rusiyanın forpostu vəziyyətinə qaytaracaq. Böyük ehtimalla 2026-cı ilə qədər Rusiya Ermənistana tolerant yanaşmağa üstünlük verəcək. Əgər 2026-cı ildə Rusiyanın gözləntiləri doğrulmasa, rəsmi Moskva Ermənistanla daha ciddi məşğul olmaq məcburiyyətində qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi