
Analitik: Putinin Türkiyə səfərinə ciddi etirazlar olmayacaq
Yusif Nəzərli
09:00 03.02.2024
Aktual
565
“Putin üçün Türkiyə səfəri öz ölkəsinin tam beynəlxalq təcrid şəraitində olmadığını nümayiş etdirmək üçün çox lazımlıdır”
Rusiya Prezidenti Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. Bu, Rusiya liderinin 2020-ci ildən sonra NATO ölkəsinə ilk səfəri olacaq. Yanvarın 23-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, prezidentin Türkiyəyə səfəri Şimali Koreyaya səfərindən fərqli olaraq Rusiyada keçiriləcək prezident seçkiləri öncəsi baş tutacaq. Bundan əvvəl türkiyəli analitik Engin Özər demişdi ki, Ərdoğan Putinə Ukrayna üzrə sülh danışıqlarını bərpa etməyi təklif edə bilər. Onun fikrincə, dialoqun əsasını İstanbul danışıqlarında əldə edilən irəliləyiş təşkil edəcək. Rusiyalı politoloq Sergey Markov Putinin fevralın 12-də Türkiyəyə səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə şübhə ilə yanaşdığını deyib. Onun sözlərinə görə, Çin istisna olmaqla, Rusiya prezidentinin digər ölkələrə getmək ehtimalı aşağıdır. Bununla yanaşı, Markov qeyd edib ki, iki ölkə liderinin görüşü baş tutsa, mühüm məsələlərin müzakirəsi gözlənilir: “Putinlə Ərdoğan arasında çox yaxşı dostluq münasibətləri var. Bu da Rusiya və Türkiyə xalqları arasında münasibətlərinin yaxşı olması ilə bağlıdır. Unutmaq olmaz ki, Rusiya ilə Türkiyə arasında təkcə çoxlu oxşarlıqlar deyil, həm də ziddiyyətlər mövcuddur. Bu ziddiyyətləri liderlər ideal şəkildə idarə edirlər. Bu, digər ölkələrə öz problemlərini həll etmək üçün bir model olmalıdır. Putinin Türkiyəyə səfəri də bu baxımdan önəmli ola bilər. Türkiyədə qaz qovşağının və Rusiyanın köməyi ilə yeni nüvə enerjisi sənayesinin formalaşması kimi məsələlərin müzakirəsi mümkündür. Rusiya təkcə atom elektrik stansiyaları tikmir, həm də Türkiyə üçün nüvə enerjisi üzrə mütəxəssislərin hazırlanması sistemini yaradır. Bu, mahiyyət etibarı ilə iqtisadiyyatın yeni sektorunun yaradılmasıdır”.
Siyasi şərhçi Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında bildirib ki, Putin üçün Türkiyə səfəri öz ölkəsinin tam beynəlxalq təcrid şəraitində olmadığını nümayiş etdirmək, Rusiya seçicisinə seçkiqabağı müsbət mesajlar vermək və s. məqsədlər üçün çox lazımlıdır. Ekspert vurğulayıb ki, ümumiyyətlə, Rusiya-Türkiyə prezidentlərinin hazırda müzakirə etmək üçün çoxlu mövzuları var:
"Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, nüvə yanacağı məsələsi və s. liderlərin əsas müzakirə mövzularıdır. Ərdoğanın ənənəvi siyasi gedişlərini, Türkiyənin NATO- dan asılı olmadığını nümayiş etdirən addımlarını davam etdirəcəyini düşünürəm. Bu siyasətin uğurlu olması göz önündədir. Türkiyənin müstəqil beynəlxalq siyasət yürütməsinə baxmayaraq, ABŞ onun mövqeyi ilə razılaşmaq məcburiyyətində qaldı. Vaşinqton İsveçin NATO-ya daxil olması ilə bağlı Ərdoğanın şərtlərini qəbul etdi. Eyni vəziyyət rus-türk münasibətlərində də Türkiyənin xeyrinə işləyir".

H.Rüstəmov əlavə edib ki, Türkiyə Rusiyanın maraqlarının ziddinə NATO-nun genişləndirilməsinə razılıq versə də, Putinin bununla hesablaşmaqdan başqa çarəsi yoxdur:
"Hazırda Rusiya-Ukrayna müharibəsində Qərb ölkələrinin mövqeyi ciddi zəifləyib. O səbəbdən Putinin Türkiyə səfərinə ciddi etirazlar olmayacaq. Etirazlar bəyanat səviyyəsindən o tərəfə keçməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya