Aqil Abbas yenidən deputatlığa namizəd oldu

V çağırış Milli Məclisin deputatı, yazıçı-jurnalist Aqil Abbas növbədənkənar parlament seçkilərində iştirak edəcək.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyini irəli sürən yazıçı artıq Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.