Aqil Abbas:“Şuşaya səfərlə bağlı limitə qarşıyam” – Aradan qaldırılsın!
Yusif Nəzərli
12:50 24.01.2022
Aktual
733
Yanvarın 24-də Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib. Marşrut üzrə 400-ə yaxın bilet satılıb. Bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu 13:00 radələrində şəhərə çatıb. 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb.
Qeyd edək ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.
Avtobus reyslərinin təşkili ilə bağlı "Sherg.az"a açıqlama verən Millət vəkili Aqil Abbas bildirib ki, hər kəsin ildə bir dəfə səfər edə bilməsi limitinin mövcudluğuna qarşıdır:
"Səfalı torpaq Şuşaya avtobus marşrutlarının təmin edilməyini müsbət dəyərləndirirəm. İnsanlar gedib səfalı torpaqları görəcəklər. Lakin hər kəsin ildə bir dəfə getməsilə bağlı limit qoyulmağına qəti qarşıyam. Bu məhdudiyyət aradan qaldırılmalıdır. Prezident İlham Əliyev deyib ki, gələn il Şuşa sakinləri yurdlarında məskunlaşmağa başlayacaqlar. Onda bu necə nizamlanacaq?".
Deputatın fikrincə, Şuşaya daha çox biletin satılmasına səbəb Qarabağın digər bölgələrinin xarabalığa çevrilməsidir:
"Ağdama və digər yerlərə nisbətən Şuşaya bilet çox satılıb. Çünki Azərbaycanın mədəniyyət paytaxtında həyat var. Şuşa müəyyən dağıntılara məruz qalsa da, özünü qorumağı bacarıb. Orada təmir-tikinti gedir. Ona görə də insanlar Şuşanı görmək istəyirlər”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə