Aral dənizinin xilası SPECA-nın ekoloji gündəliyinin mühüm bəndi kimi
07:40 03.12.2023
Aktual
755
Bu yaxınlarda Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramı) tarixində ilk sammit keçirilib. Sammitin gündəliyində duran digər aktual məsələlərlə yanaşı, ekoloji mövzular da xüsusi yer alıb. Xüsusilə, bu mövzu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin çıxışında səsləndirilib.
Bu, təsadüfi deyil, çünki 2024-cü il yanvarın 1-dən Aralı Xilasetmə Beynəlxalq Fonduna Qazaxıstan sədrlik edəcək. Buna görə də Astana həm Mərkəzi Asiya dövlətləri, həm də digər beynəlxalq təşkilatlar və maliyyə institutları ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir.
Qazaxıstan dövlətinin başçısı çıxışında ekoloji və iqlim problemləri, o cümlədən transsərhəd su ehtiyatlarının idarə edilməsi ilə bağlı birgə tədqiqat və tətbiqi işlərə başlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bunun əyani təsdiqi Aral dənizi faciəsidir ki, onun nəticələri təkcə region ölkələrində deyil, onun hüdudlarından çox-çox kənarda da hiss olunur.
“Gələn il Qazaxıstan Aralı Xilasetmə Beynəlxalq Fondunun sədri kimi diqqətini vaxtilə dünyanın ən böyük qapalı su anbarlarından biri olan ərazinin ekoloji deqradasiyasının qarşısının alınması üçün səylərin gücləndirilməsinə yönəldəcək”, - Qazaxıstan prezidenti bildirib.
Ekspertlər hesab edirlər ki, 5 ildən sonra Mərkəzi Asiya xroniki, içməli su qıtlığı ilə üzləşəcək. Eyni zamanda, su ehtiyatlarının qıtlığına iki amilin - Əfqanıstanda Koş-Təpə kanalının işə düşməsinin və Amudərya və Sırdərya çaylarında axının azalmasının təsir edəcəyi gözlənilir. Lakin su axınının azalmasına nəyin səbəb olacağı deyilmir - regionda temperaturun qlobal orta göstəricidən daha sürətli artım tendensiyaları regionun su ehtiyatlarının mənbələri olan Tyan-Şan və Pamir dağlarında buzlaqların sürətlə əriməsinə səbəb olur.
Ümumiyyətlə, Qazaxıstan və Özbəkistan prezidentləri beynəlxalq sammit və konfranslarda Mərkəzi Asiyada temperaturun yüksəlməsinin qlobal orta göstəricidən iki dəfə yüksək olduğunu bəyan edir. Həmçinin bu meyillərə uyğunlaşmaq üçün müvafiq təşəbbüslər irəli sürür, müvafiq nazirlik və idarələrin mütəxəssisləri bu təşəbbüsləri həyata keçirmək üçün məqsədyönlü layihələrin işlənib hazırlanması və həyata keçirilməsi ilə məşğuldular.
Regionda baş verən quraqlıq daha çox Aral dənizindəki ekoloji fəlakət zonasında özünü göstərir. Buna görə də ekspertlər yaranan problemlərin ilk növbədə ixtisaslaşmış regional struktur - Aralı Xilasetmə Beynəlxalq Fondu (AXBF) çərçivəsində həllini tapmağa çağırırlar.
Hazırda AXBF-da mühüm islahatlar keçirilir və Qazaxıstanın bu işdə fəal iştirak edir. Bununla o bir tərəfdən öz milli maraqlarını həyata keçirməyə, digər tərəfdən isə su ehtiyatları ilə bağlı bir çox regional problemlərin həllinə töhfə verməyə çalışır.
Aral dənizi hövzəsində su, enerji, ekoloji və sosial-iqtisadi sahələrdə regional əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi aparılan islahatlarının birinci mərhələsinin əsas vəzifəsi sayılır.
2020-2023-cü illərdə Türkmənistanın sədrliyindən sonra AXBF -ya Tacikistan Prezidenti E.Rəhmon sədrlik edib. Bu müddət ərzində AXBF İşçi Qrupunun 8 iclası keçirilmişdir ki, burada islahat prosesləri razılaşdırılmış əsas məqsəd və vəzifələr müəyyən olunmuşdur. Bu proses həqiqətən mürəkkəb və uzun müddətdir, çünki beş ölkə uzun illər müasir reallıqları və bütün aspektləri, o cümlədən maliyyə aspektlərini nəzərə almaqla səmərəli və hər kəs üçün məqbul prinsiplər, mexanizmlər və əməkdaşlıq formaları hazırlamalıdır.
Yaxın üç ildə bu işləri Qazaxıstan prezidenti K.Tokayevin və onun səriştəli mütəxəssislərdən ibarət olan komandası davam etdiriləcək.
Digər mühüm strateji istiqamət ekologiya və su ehtiyatları, iqlim dəyişikliyi və “yaşıl iqtisadiyyat”la bağlı məsələlər blokudur. Nəzərə alsaq ki Sırdərya çayı hövzəsində su ehtiyatlarının əsas axını məhz Qazaxıstan ərazisində formalaşır, bu strateji istiqamət hidroenergetikanın inkişafı ilə sıx bağlıdır. Ümumiyyətlə, böyük ümidlər var ki, Qazaxıstanın AXBF -da sədrliyi və onun islahat proseslərinə fəal şəkildə iştirakı, Astanaya regionda ekoloji tarazlığın bərpası prosesinə vacib töhfə verəcək bir çox problemləri həll etməyə imkanlar yaradacaq.
Nurqazi Tasmaqambetov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç kralı V Harald vəfat edib
10:45 28.08.2026
Dünya
Tokayev hökuməti istefaya göndərib
10:21 28.08.2026
Gündəm
Lavrovdan Robert Köçəryanla bağlı açıqlama
09:47 28.08.2026
Dünya
Dünən Bakıda güclü küləkdə iki nəfər xəsarət alıb
09:35 28.08.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:12 28.08.2026
İqtisadiyyat
Beyonsdan zəlzələdən zərərçəkənlərə böyük dəstək
09:10 28.08.2026
Şou
Ən qısqanc BÜRCLƏR: kimlərin münasibəti risk altındadır?
08:41 28.08.2026
Maraqlı
Paytaxtın bəzi ərazilərində işıq olmayacaq
07:37 28.08.2026
Ölkə
Onlar “Ceyms Bond” roluna namizəddir
07:00 28.08.2026
Şou
2 kilo undan neçə kilo əriştə çıxır?
05:45 28.08.2026
Cəmiyyət
Dünyada insanların 1 faizi bütün əhalidən daha zəngindir: HESABAT
05:05 28.08.2026
Sosial
Qardaşından sonra öz filmini çəkir
03:49 28.08.2026
Şou
Qənd, şəkərlə çay içmək sağlamlığa necə zərər vurur?
03:13 28.08.2026
Sağlamlıq
Vatsapa yeni funksiya gəlir
02:32 28.08.2026
Texnologiya
İran ABŞ-ni iqtisadi maraqlarına zərbə vurmaqla hədələdi
01:57 28.08.2026
Gündəm
Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
01:11 28.08.2026
Cəmiyyət
Altı Aİ ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
00:31 28.08.2026
Dünya