Arif Həşimov AzTV-nin süjeti ilə bağlı AÇIQLAMA verdi: “Mən tapşırmışam” - YENİLƏNİB + VİDEO
Yusif Nəzərli
10:15 26.07.2022
Aktual
739
AMEA-nın prezidenti vəzifələrini rica edən Arif Həşimov AzTV-nin akademiya barədə tənqidi süjetinin qurumun rəsmi saytında yerləşdirilməsi məsələsinə münasibət bildirib.
A.Həşimov Manset.az-a açıqlamasında qeyd edib ki, bu, onun tapşırığı ilə edilib:
“AzTV-nin AMEA haqqında verdiyi süjet mənim tapşırığımla akademiyanın saytına qoyulub. Biz akademiya olaraq tənqidə hazırıq. Hesab edirəm ki, hər kəs tənqidə açıq olmalıdır. Süjetdə haqlı tərəflər də var, haqsız tərəflər də.
Hazırda yay vaxtı olduğu üçün bir çox əməkdaşlarımız məzuniyyətdədirlər. Digər tərəfdən, yaradıcı insanlara saat rejimi qoymaq olmaz. Mən özüm və digər institut direktorları saat 8-9 qədər AMEA-da oluruq. Belə yanaşma düzgün deyil. Bəlkə, özündənrazılıq kimi qiymətləndirilə bilər, ancaq mənə kimsə AMEA-nın nə daxili, nə xarici işini, ümumən iş prinsiplərini öyrədə bilməz. Bundan əvvəlki AMEA prezidentlərinin zamanında bütün bu işləri mən görmüşəm”.
A.Həşimov yaşlı alimlərin gənclərə dəstək olmaması barədə fikirlərə də münasibət bildirib:
“Yaşlı alimlərimizin, xüsusən akademiklərin gənc nəslə dəstəyinə gəlincə, diqqətlə baxsaq, görərik ki, hər birinin nə qədər fəlsəfə doktorlarının, elmlər namizədinin yetişməsində, dərəcə almasında rolu olub. Mənim özümün 25-ə yaxın elmlər namizədinə dəstəyim var. 2002-ci ildə Fizika İnstitutunun direktoru olanda 200-ə yaxın gənci işə götürmüşəm. Tənqidi qəbul etmək və nəticə çıxarmaq lazımdır”.
Qeyd edək ki, AzTV-nin AMEA haqqında hazırladığı tənqidi süjetin akademiyanın saytında və səhifəsində yerləşdirilməsi müzakirələrə səbəb olub.
11:20
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Televiziyasının (AzTV) qurumun fəaliyyəti barədə hazırladığı tənqidi süjetə münasibət bildirib.
AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, elm müəssisəsində iş qrafiki fərqli ola bilər:
“Bura avadanlıq hazırlayan zavod deyil ki, standart saatda işdə olasan. Yəni AMEA-nın iş qrafikini zavodla eyniləşdirmək olmaz. “Mən 15 dəqiqədir buradayam, insanlar çıxmadı, işə gəlmir, işləmir” kimi fikirləri səsləndirməyi doğru hesab etmirəm. İşçilərdən kimsə deməyib ki, biz bu saatda getmişik. Nəyisə deyəndə faktlar olmalıdır. Bura elm ocağıdır və iş qrafiki fərqlidir”.
O qeyd edib ki, hazırda AMEA əməkdaşlarının əksəriyyəti məzuniyyətdədir:
“Binanın digər qapısı da var. İşçilər oradan da çıxıb gedirlər”.
Qeyd edək ki, Azərbaycan Televiziyası (AzTV) Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb.
“Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid edilib.
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət