
Arzu Nağıyev: Azərbaycan xalqı və ordusu düşmənə layiqli yerini göstərdi
09:07 27.09.2024
Aktual
572
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi.
Millət vəkili Arzu Nağıyev “Sherg.az”a vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr təxribatına cavab olaraq əks-hücuma keçdi və 30 ilə yaxın işğalda qalan torpaqlarımızı azad etdi:

“Eyni zamanda suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olundu. Allah şəhidlərimizə rəhmət etsin və qazilərimiz tezliklə dinc həyata qayıtsın. 27 sentyabrda Azərbaycan bütün dünyaya göstərdi ki, torpaqlarımızı öz gücümüzə azad edə bilərik. Həmçinin Azərbaycan seçdiyi döyüş taktikası etik və hibrid döyüş metodu idi. Yəni Azərbaycan heç bir mülki erməni əhalinin burnunu qanatmadan torpaqlarımız uğrunda mübarizə apardı və Zəfər qazandı. Ümumiyyətlə Azərbaycanın torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etməsi çox mühim məsələ idi. Çünki Birləşmiş Millətlər Təşkilatının icra edilməyən 4 qətnaməsi qalmışdı. Azərbaycan həmin qətnamələri öz hərbi gücünə yerinə yetirdi. Həmçinin ATƏT-in Minsk qrupu olan və deklarativ bəyanatlardan başqa heç nə bacarmayan təşkilata göstərdik ki, sülhü bərqərar etmək üçün Ali Baş Komandanın iradəsi, ordunun və xalqın gücü yetərlidir. Azərbaycan xalqı və ordusu düşmənə layiqli yerini göstərdi. Lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndidə Azərbaycan bayrağı dalğalandı. Birmənalı şəkildə bütün sərhədlərimiz boyunca üçrəngli bayrağımız göylərə ucaldı. Düşünürəm ki, 2020-ci il 27 sentyabr Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi qızıl tarixdir. Heç kəs Azərbaycanla diktə diliylə danışa bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual