AŞPA Azərbaycandakı seçkilərlə bağlı bəyanat verəcək
15:59 09.02.2020
Aktual
458
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkilərlə bağlı yekun bəyanatı apreldə veriləcək. Bunu Trend-ə AŞPA-nın müşahidə missiyasının üzvü, qurumun Azərbaycan üzrə Monitorinq komitəsinin həmməruzəçisi Stefan Şennak deyib.
O bildirib ki, qısamüddətli müşahidəçilər sırasında fəaliyyət göstərir:
“İki həftə əvvəl isə burada seçkiqabağı vəziyyəti müşahidə edən AŞPA missiyası olub. Biz Şamaxıya getmək istədik, amma hava şəraiti ilə əlaqədar bu, mümkün olmadı. Biz seçkiləri müxtəlif yerlərdə müşahidə edirik: Nardaranda olduq, Sumqayıta gedirik, ondan sonra isə başqa məntəqələrdə olacağıq. Kəskin hava şəraiti ilə əlaqədar səhər elə də çox seçici yox idi, amma günortaya yaxın onların sayı artmağa başladı. Hazırda seçki məntəqələrində çoxlu seçici müşahidə olunur”.
S.Şennak qeyd edib ki, sabah günün ikinci yarısında ATƏT və AŞPA müşahidəçilərinin mətbuat konfransı keçiriləcək və ilkin bəyanat veriləcək:
“AŞPA-nın yekun bəyanatı isə apreldə olacaq”.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat