AŞPA-ya yeni prezident seçildi

Belçikalı senator Hendrik Dams iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib.

Axar.az xəbər verir ki, qərar assambleyanın bu gün keçirilən iclasında qəbul edilib.

“Mənə göstərilən etimada görə, sizə ürəkdən minnətdaram”, - Hendrik Dams çıxışında bildirib.

Qeyd edək ki, Hendrik Dams bu vəzifədə Lilian Mori Paskiyeni əvəz edib.