Atəş səsləri...! - "Ermənistan həlledici məqamlarda həmişə təxribatlara əl atır"
Yusif Nəzərli
06:58 05.04.2022
Aktual
763
İrəvan hökuməti yekun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil
Ermənistan tərəfi növbəti təxribata əl atıb. Düşmənin silahlı qüvvələri Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb: “Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.
Xatırladaq ki, aprelin 6-da Avropa İttifaqı Şurasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüş keçirilməsi planlaşdırılır. Liderlərin növbəti təmasında sülh sazişi ilə bağlı mühüm məqamların müzakirə olunacağı, sərhədlərin müəyyənləşməsi və regional kommunikasiyaların açılması məsələsinin masaya yatırılacağı iddia olunurdu. Siyasi şərhçilərə görə, görüş öncəsi, ələlxüsus sülh sazişi ilə bağlı müzakirələrin getdiyi məqamda Ermənistan tərəfinin sərhəddə təxribata əl atması təsadüfi deyil və müəyyən məqsədlərə xidmət edir.
Ermənistanın növbəti təxribatı ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, İrəvan hökuməti yekun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Deputatın sözlərinə görə, Baş nazir Nikol Paşinyan hər vəchlə sülh sazişinin imzalanmasına mane olmağa çalışır:
“İrəvan hökuməti tərəfindən atılan bütün addımlarda əsas qayə prosesi mümkün qədər uzatmaq, razılaşma sənədinin imzalanmasını yubatmaqdır. Sərhəddəki mütəmadi təxribatların məqsədi budur. Əgər Ermənistan real sülhdə maraqlı olsaydı, o zaman hər hansı təxribat baş verməzdi. Bütün təxribatlara görə birbaşa məsuliyyəti İrəvan hakimiyyəti daşıyır. Belə məqamda hansısa sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Çünki Ermənistan burada pozucu rol oynayır. İrəvan anlamalıdır ki, Azərbaycan tərəfi heç bir güzəştə getməyəcək. İstər sərhəddə, istərsə də Qarabağda ermənilərin bütün təxribatlarının qarşısı alınacaq. Erməni tərəfinin təxribatları davam edərsə, cavab çox sərt olacaq. Bu isə Ermənistan üçün növbəti faciə və insan itkisi deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya