“Avropa İttifaqı Şurası - Azərbaycan əlaqələri inkişaf edir”
Yusif Nəzərli
13:12 04.07.2022
Aktual
455
Səməd Seyidov:“Azərbaycan elə bir səviyyəyə yüksəlib ki, xalqımız, millətimiz üçün səmərəli tərzdə Aİ Şurasıyla münasibətləri təşkil etmək iqtidarındadır”
Asim Mollazadə:“Azərbaycanın sülh istəyi Aİ Şurası tərəfindən dəstəklənir”
İyulun 4-də Avropa İttifaqı Şurasının ( Aİ ) Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər ətrafında müzakirə aparılıb. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.
Telefon danışığını "Sherg.az"a dəyərləndirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidovun qənaətincə, Aİ Şurası ilə Azərbaycan əlaqələri getdikcə inkişaf edir:
" Azərbaycan elə bir səviyyəyə yüksəlib ki, xalqımız, millətimiz üçün səmərəli tərzdə Aİ Şurasıyla münasibətləri təşkil etmək iqtidarındadır. Nə yaxşı , Aİ Şurasının rəsmiləri bunu başa düşür. Azərbaycanın regionda sülhün , Avropa dəyərlərinin tətbiqinin tərəfdarı olduğunu anlayır. Ona görə də, rəsmi Bakının mövqeyini dəstəkləyir. Hansı istiqamətdən təhlükələr gəldiyi də məlumdur".
Millət vəkili Asim Mollazadənin fikrincə, Azərbaycanın həyata keçirdiyi strateji layihələr Aİ ölkələrinin maraqları ilə üst-üstə düşür:
"Azərbaycanın sülh istəyi Aİ Şurası tərəfindən dəstəklənir. Ölkəmizin bölgədə enerji, nəqliyyat, əməkdaşlıq sisteminin formalaşdırmağı Aİ Şurasının da maraqlarına uyğundur. Şarl Mişelin Prezident İlham Əliyevə zəngi və dəstəyinin ifadəsi də bununla əlaqəlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region