Avropalı müşahidəçilər: ”Seçkilər qanunvericilik və texniki cəhətdən yaxşı təşkil olunub”
17:04 09.02.2020
Aktual
451
Bu gün növbədənkənar parlament seçkilərini izləyən xarici müşahidə missiyalarının mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, konfrasda çıxış edən Demokratiya və İnsan Məsələləri üzrə Avropa Şurasının prezidenti Yanus Niedzvieçki bildirib ki, nümayəndələri seçki məntəqələrində sonadək müşahidələrini davam etdirirlər: "Mən Avropa daxil olmaqla müxtəlif ölkələrdə parlament seçkilərini müşahidə etmişəm. Azərbaycanda keçirilən seçkilər həm qanunvericilik, həm də texniki cəhətdən yaxşı təşkil olunub. Heç bir qanun pozuntusu müşahidə etmədik. Hətta müxalifət partiyasından olan biri dedi ki, hər hansı qanun pozuntusu müşahidə etməmişəm. Müxalifətçinin bunu deməsi seçkinin şəffaflığının göstəricisidir".
Çexiya Parlamentinin üzvü Vera Prohazkova qeyd edib ki, bu gün 3 məntəqədə olublar: "Seçkilər yüksək demokratik şəraitdə aparılıb. Məntəqələrdə görüşdüyümüz insanlar da problem olması ilə bağlı irad bildirmədilər".
Çexiya Parlamentinin digər üzvü Yaroslav Dubrava bu gün olduqları məntəqələrdə seçkinin yüksək təşkil olunduğunu bildirib: "İnsanlar problem olmadığını bildirdilər. Məntəqələrdə olduğumuz müddətdə şəffaflığın əleyhinə heç bir hadisə müşahidə etmədik".
İtaliya Parlamentinin üzvü Ettore Lixeri vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı (Aİ) arasında əlaqələr getdikcə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan müxtəlif mədəniyyətlərin balanslaşdırılması istiqamətində işlər görür. "Azərbaycanda inkişaf meyilləri var. Dinindən, irqindən asılı olmayaraq hər kəsə uğurlar arzu edirəm",- deyə o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat