“Azərbaycan Aİ ilə əməkdaşlığa hazırdır”
Fidan Həmişəyeva
10:00 15.03.2021
Aktual
664
Martın 12-də Xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub. Görüşdə C.Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. Nazir, həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri bu xüsusda Aİ-nin mümkün rolundan danışıb.
Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülhün qazanılması üçün birgə çalışmağın vacibliyini qeyd edib. Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşün əsas mahiyyətini “Sherg.az”a dəyərləndirən millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycan Aİ ilə əməkdaşlığa tamamilə hazırdır:
“Azərbaycan Qarabağ münaqişəsinə tarix kimi baxır. Ölkəmiz gələcəyə, bölgədə əməkdaşlıq sisteminin formalaşmasına, böyük qayıdışı təmin etməyə və bərpa işlərinin aparılmasına önəm verir.
Çünki erməni vandalları demək olar ki, daş üstündə daş qoymayıblar. Azərbaycan hər bir istiqamətdə Aİ ilə əməkdaşlığın tərəfdarıdır.
Bölgədə bərpa işləri, sabitlik və əməkdaşlıq mühitinin yaranmasında Aİ ilə birgə işlərin görülməsində maraqlıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat