Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderdir

“Global Firepower Index” 2020-ci il üzrə reyting cədvəlini açıqlayıb. 

Reytingdə 138 ölkə yer alıb. Siyahının hazırlanmasında 50 fərqli amil nəzərə alınıb. 

Azərbaycan siyahıda 63-cü yeri tutub. Reyting cədvəlində Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb. 

Siyahıda birinci yeri ABŞ, ikinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub. Türkiyə reytingdə 13-cü pillədə qərarlaşıb. 

Sonuncu yerləri isə Bosniya və Hersoqovina, Liberiya və Butan tutub.