Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib
08:10 26.06.2022
Aktual
565
Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda iştirak etmək üçün Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə V.D.Popeskunun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Rumıniya diplomatik diplomatik münasibətlərinin qurulmasından artıq 30 il ötdüyünü, ötən dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.
Nazir 2019-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin, 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, həmçinin ötən illərdə imzalanmış 61 əməkdaşlıq sənədinin əlaqələrin getdikcə genişlənməsində xüsusi rolunu diqqətə çatdırıb.
O, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafının göstəricisi kimi, ötən il Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin 31,3 faiz, bu ilin yanvar-aprel aylarında 2,77 dəfə artdığını bildirib.
Ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətləri qeyd edən S.Babayev Azərbaycanda Rumıniya və Rumıniyada Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edib. Parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının, Buxarestdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyət göstərdiyini, Buxarestdə və Bakıda biznes forumlar və işgüzar görüşlərin keçirildiyini, bu və digər tədbirlərin əlaqələrin inkişafında mühüm rolunu vurğulayıb.
S.Babayev ümumilikdə, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığının ildən-ilə genişlənməkdə olduğunu qeyd edib. Hökumətlərarası birgə Komissiyanın bu növbəti iclasının da əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
V.D.Popesku Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dost münasibətlərinin daim inkişaf etməsindən məmnunluq ifadə edib. O, əlaqələrin dərinləşməsi üçün səylərin davam etdirildiyini vurğulayıb.
İclasda hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri Azərbaycanla Rumıniya arasında iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparıblar.
İclasın yekunu olaraq S.Babayev və V.D.Popesku Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının yekunları ilə bağlı gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokolu imzalayıblar.
Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto iclasın yekunlarına, imzalanan sənədə dair brifinq keçirib, yeni əməkdaşlıq sənədinin Azərbaycan və Rumıniyanın əlaqələrinin inkişafında önəmli rol oynayacağına əminlik ifadə ediblər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya