Azərbaycan Rusiyadan Su-57 alır?
14:53 23.12.2019
Aktual
455
Azərbaycan Rusiyanın Su-57 tipli ən modern beşinci nəsil qırıcı təyyarələrini almağa maraq göstərir.
Report xəbər verir ki, bu barədə Rusiya hərbi sənaye kompleksindəki mənbə bildirib.
Qeyd olunub ki, iki ölkə arasında hərbi texniki əməkdaşlıq məsələləri Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putinin bu ilin oktyabrın 3-də Soçi şəhərində keçirilmiş danışıqlarında da müzakirə edilmişdi.
Həmçinin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarından sonra Rusiya tərəfilə silah tədarükünə dair sövdələşmə ehtimalını dilə gətirmişdi: “Bəzi maraqlı fikirlər var”.
Bununla yanaşı, Azərbaycanın Su-57-lərə maraq göstərməsi Ermənistanın Rusiyadan Su-30SM tipli dörd qırıcı təyyarəni almasına və daha 8 ədədini alacağına təkan verdiyi göstərilir. Bildirilir ki, Su-57 təyyarələrini almaqda Türkiyə də maraqlıdır. Lakin adıçəkilən təyyarələrdən 2027-ci ilədək 76 ədədinin tədarükünə dair Rusiya Müdafiə Nazirliyinin ehtiyacları ixracatdan əvvəl ödəniləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya